Prezident Təşkilat Komitəsi yaratdı – Siyahı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

 

XALQ.AZ  xəbər verir ki, sərəncama əsasən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16–18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Əli Həsənov – Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Təşkilat Komitəsinin üzvləri

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziri

Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru

Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Nuşirəvan Məhərrəmov – Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri

Azay Quliyev – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fidumə Hüseynova – Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Rauf Zeyni – Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.

Təşkilat Komitəsinə 2019-cu il 16–18 aprel tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

 

 

Orxan