Prezident Tovuz hadisələrini xatırladıb

ilham

“Heç kəsə sirr deyil ki, ilk artilleriya atəşini Ermənistan açıb, düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan acı məğlubiyyətlə barışdı. Bizim istəyimiz olsaydı, biz Ermənistan ərazisində əməliyyatlar keçirərdik. Amma bizim belə niyyətimiz yoxdur. Hansı məqsədi güdürdü bu təxribatla Ermənistan?!

Məhz Ermənistanın riyakar siyasəti nəticəsində danışıqlar dayandırılıb. İyul ayında Azərbaycan Ermənistana layiqli cavab verdi, göstərdi ki, Azərbaycanla hədə-qorxu dilində danışan cəzasını alacaq. Amma onlara dərs olmadı, halbuki mən demişdim ki, bu, dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti txribata əl atıb diversiya göndərdi. Azərbaycan hərbçiləri tərəfindən saxlanıldı diversiya qrupunun rəhbəri.