Prezident Türkiyəyə səfər edəcək

29 oktyabrda İstanbul Yeni Hava Limanının açılışına 8 min nəfər dəvət edilib.

XALQ.AZ Türkiyə mətbuatına istinadən məlumat verir ki, , tədbirdə ölkə prezidentləri, hökumət rəsmiləri, elm adamları, sənətçilər, biznesmenlər və idman dünyasının tanınmış simaları iştirak edəcəklər.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevdən başqa 10 ölkənin prezidenti və 2 ölkənin baş naziri də yer alacaq.

Açılışdan sonra prezidentlər Cümhuriyyət bayramı ilə əlaqədar təşkil ediləcək tədbirə qatılacaqlar. Daha sonra rəsmi görüşlərin keçiriləcəyi gözlənilir.