Prezident və xanımı Yeni Yasamalda istirahət parkında

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

XALQ.AZ xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verib.

Bildirilib ki, bu istirahət parkı müasir səviyyədə yenidən qurulub. Ümumilikdə, 1,7 hektar ərazidə abadlıq işləri aparılıb, 9 min kvadratmetr sahədə yaşıllıq salınıb.

Parkda suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti meydançaları salınıb, oturacaqlar qoyulub, dekorativ hasar çəkilib.

Bu istirahət məkanında çay evi, kafe, gənclər evi, internet klub, qocalar evi inşa olunub.

Burada, həmçinin idman və uşaq əyləncə qurğuları və fəvvarə də quraşdırılıb.

Orxan

Comments are closed.