Prezident və xanımı açılış etdi

Prezident və xanımı “Sovetski”də

Mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda keçmiş “Sovetski” adlanan ərazidə Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq yeni tikilən yolların açılışında iştirak edib, digər küçələrdə aparılan işlərin gedişi ilə tanış olublar.

XALQ.AZ Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı yeni yolların rəmzi açılışını bildirən lenti kəsib.