Prezident vəzifəli şəxsi işdən azad etdi
Hesablama Palatasının keçirdiyi yoxlamanın nəticəsi olaraq Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədov tutduğu vəzifəsindən azad olunub.
XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu haqqda sərəncam imzalayıb.
Qeyd edək ki, Bəhruz Məmmədov 2023-cü il 28 yanvarda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.
O, müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.