Prezident Xalq artistinə mənzil verib

Prezident İlham Əliyev teatr və kino aktyoru, Xalq artisti Məmmədsəfa Qasımova mənzil hədiyyə edib.

XALQ.AZ xəbər verir ki, bu barədə M.Qasımov özü məlumat verib.

O bildirib ki, mənzilin açarları bu gün təqdim olunacaq: “Prezident İlham Əliyevə təşəkkür edirəm. Dövlət başçısı mənə çox böyük diqqət göstərib. Artıq mənzilin sənədlərini götürmüşəm. Bu gün gedib evimə baxacam”.

 

Orxan