Prezident Ziyad Səmədzadə ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev deputat Ziyad Səmədzadə ilə bağlı sərəncam imzalayıb. 

XALQ.AZ xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, ictimai-siyasi həyatında fəal iştirakına və iqtisad elminin inkişafında xidmətlərinə görə Ziyad Əliabbas oğlu Səmədzadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, sabah Z. Səmədzadənin 80 yaşı tamam olacaq.