Prezidentdən işdən çıxarılan başçı ilə bağlı – Sərəncam

Prezident İlham Əliyev M.M.Sadıqovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzlayıb.

XALQ.AZ sərəncamın mətnini təqdim edir:

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, M.Sadırov İsmayıllı rayonunun icra başçısı olub. Bir neçə gün öncə Prezidentin sərəncamı ilə o vəzifəsindən azad edilib və yerinə Nahid Bağırov təyin edilib.

***

Prezident İlham Əliyev C.X.Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Xanəli oğlu Əkbərov 1 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.