Prezidentdən keçmiş deputatla bağlı sərəncam

Keçmiş deputat Əli Əlirzayev Prezident İlham Əliyevin sərəncamı əsasında  “Şöhrət” ordeni ilə təltif olunub.

XALQ.AZ-ın məlumatına görə, Ə.Əlirzayev Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə bu təltifə layiq görülüb.

Əli Əlirzayev Azərbaycan Dövlət İqtisad Universitetinin Sosial sferanın iqtisadiyyatı və idarə olunması kafedrasının müdiri, İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimidir.

O, 1997-2005-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü, İqtisadi siyasət komissiyasının sədr müavini olub.