Prezidentdən Qəribovla bağlı – Sərəncam

Prezident İlham Əliyev A.A.Qəribovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncamda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Adil Abdulxalıq oğlu Qəribov “Şöhrət” ordeni ilə təltif edilsin.