Prezidenti oğluna vəzifə verdi

 

1

 

25 yaşlı gənc ölkənin gömrük xidmətinə rəhbərlik edəcək

Tacikistan prezidenti Emoməli Rəhmonoğluna vəzifə verib. Prezident böyük oğlu Rüstəm Emomalini milli gömrük xidmətinin rəhbəri təyin edib. Daha öncə 25 yaşlı gənc gömrük xidmətinin rəis müavini vəzifəsini tutur və qaçaqmalçılıqla mübarizə idarəsinə rəhbərlik edib.

2012-ci ilin yanvarından gənc Rüstəm həmçinin Tacikistanın Futbol Federasiyasına rəhbərlik edib. O, vaxtaşırı Düşənbənin “İstiklol” klubunda da çıxış edib.

Tacikistan prezidentinin ümumilikdə 9 uşağı var. 2010-cu ildə o qızı Ozod Rahmonu xarici işlər nazirinin müavini təyin edib. Dövlət başçısının digər qızı Zarina Rahmon dövlət televiziyasında diktordur.

Kiçik oğlu Somon Rahmon isə 2012-ci ildə Buxarest informasiya texnologiyaları beynəlxalq Olimpiadasında ən yaxşı layihənin müəllifi seçilib.