Prezidentin Azər Mustafazadə haqqında Sərəncamı

prezident

 

A.A.Mustafazadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında nəşriyyat işi sahəsində səmərəli fəaliyyətinə görə Azər Abdulla oğlu Mustafazadə “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2014-cü il.