Prezidentin Fikrət Əzizov haqqında Sərəncamı

prezident

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fikrət Nəhməd oğlu Əzizova “Əməkdar Dövlət Qulluqçusu” fəxri adı verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2014-cü il.