Prezidentin Fransa səfərinin çox böyük əhəmiyyəti vardır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransaya rəsmi səfəri bu iki ölkə arasındakı dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. XALQ.AZ məlumat verir ki, Milli məclisin deputatı Rauf Əliyev açıqlamasında bilidrib ki, bu əlaqələr 1992-ci ilin fevral ayında Fransanın Azərbaycanda səfirliyinin, 20 noyabr 1994-cü ildə isə Azərbyacanın Fransada səfirliyinin fəaliyyəti ilə başlamışdır. Keçən dövr ərzində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr yaradılmış, iki tərəfli münasibətlər yüksələn xətlə inkişaf etmişdir. ATƏT-in Minsk Qrupunun Həmsədrlərindən biri kimi, Avropanın eləcə də dünyanın nüfuzlu dövlətlərindən biri kimi Fransa ilə əlaqələrin bu səviyyəyə çatması Azərbaycan üçün çox əhəmiyyətlidir. Hazırda dünyada baş verən prosesləri, Fransanın Ermənistana müəyyən təsir vasitlərinə malik olduğunu nəzərə alsaq cənab Prezidentin bu səfərinin çox böyük əhəmiyyəti vardır. İki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun, bilavasitə Fondun Prezidenti, birinci vitse Prezident Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Azərbaycanla Fransanın 15 şəhəri arasında əməkdaşlıq və dostluq sazişlərinin bağlanması ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə şərait yaradır.

Rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Fransanın Prezidenti Emmanuel Makronla, Fransa Milli Assambleyasının sədri Fransua de Ruji, Fransa senatının sədri Jerar Larşe, Fransanın nüfuzlu şirkətlərindən olan SADE, “Bouygues Travaux Publics”, “CLFAL”, “İVECO”, “Airbus”, “Total” və digər nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirmişdir. Görüşlər zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin inkişafı bu sahələrdə gələcək layihələrin reallaşması məsələləri ətrafında fikir mübadilələri aparılıb. Azərbaycanın Fransada daha geniş tanınması istiqamətində işlərin genişləndiriməsinin zəruriliyi vurğulanıb. Görüşlərdə Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ətrafında da müzakirlər aparılıb.

 

İnanırıq ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Fransaya hazırki səfəri iki ölkə və xalqlarımız arasında iki tərəfli əməkdaşlığın və dostluq münasibətlərinin daha yüksək mərhələyə qalxmasına şərait yaradacaq, bu münasibətlər daha da inkişaf edəcək, çünki bu hər iki dövlətin və xalqların mənafeyinə uyğundur.