Prezidentin gənclər haqqında Sərəncamı

prezident

 

2014-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər üçün Prezident Mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2014-cü il Gənclər üçün Prezident mükafatları verilsin:

Əsgərov Timur Vaqif oğlu
Hacıyeva Flora Vidadi qızı
İsmayıllı İlyas İsmiyar oğlu
İsmayılov Şahin Əmir oğlu
Nurəliyeva Pərvin Ələmdar qızı
Səfərov Rafiq Tofiq oğlu

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2014-cü il.