Prezidentin köməkçisi: “Ermənilər mülki insanlardan qalxan kimi istifadə edir”

hiki

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya Federasiyasında akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (“Reuters”, “Voice of America”, “Financial Times”, “Frankfurter Allgemeine Zeitung”, “Die Welt”, EFE, “ABC Spain”, “Bloomberg”, CNN, “France Presse”, RAI, “Al Jazeera”, “Al Arabiya”, “Der Standard”, “Asahi” və b.) videoformatda mətbuat brifinqi verib.

H.Hacıyev xarici media nümayəndələrini Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə geniş məlumatlandırıb.

Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezident köməkçisi mülki infrastrukturun məqsədyönlü şəkildə hədəfə alındığını diqqətə çatdırıb.

Habelə, H.Hacıyev Ermənistanın fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini, eləcə də, ermənilərin hərbi əməliyyatlar zamanı mülki insanlardan qalxan kimi istifadə etməsi ilə bağlı səhih məlumatların olduğunu xüsusilə qeyd edib.

Daha sonra H.Hacıyev jurnalistlərin suallarını cavablandırıb və onları Azərbaycana dəvət edib.