Prezidentin köməkçisi: “Cəbhədə ermənilərin təxribatı davam edir”

“Cəbhədə ermənilərin təxribatı davam edir. Onlar yenə də bizim mülki insanlarımıza atəş açmaqda davam edirlər”.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində deyib.

Onun sözlərinə görə, düşmən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açmaqda davam edir:

“Ancaq belə davam edəcəksə, bizim Silahlı Qüvvələrimiz də onlara cavab vermək məcburiyyətindədirlər. Bu, növbəti dəfə Ermənistanın insani anlaşmalara necə yanaşmasının bir göstəricisidir”.