Prezidentin köməkçisindən əhaliyə koronavirus ÇAĞIRIŞI

Son günlər yoluxanların sayının azalması sevindirici haldır. Bu, hamımızın, Azərbaycan xalqının çəkdiyi əziyyətin nəticəsidir.

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, azalma tendenaiyası davam edəcəyi halda yumşalmalara gedəcəyik:

“Amma bu o demək deyil ki, koronavirus yox olub. Biz qaydalara riayər etməsək, karantinin sərtləşdirilməsi qaçılmaz olacaq”.


Ş.Mövsümov deyib ki, insanlar xəstə halda evdən çıxmamalıdırlar. 

Onun sözlərinə görə, bəzi hallarda vətəndaşlar hərarətlərini parasetamolla aşağı salaraq, evdən çıxırlar:

“Bununla da digər vətəndaşları yoluxdururlar. Hər kəsdən qaydalara riayət edilməsini xahiş edirik”.