Prezidentin mətbuat xidmətinin məlumatı

44

Azərbaycan Prezidentinin mətbuat katibi inauqurasiya mərasiminə xarici qonaqların dəvət olunmamasına aydınlıq gətirib

zərbaycan Respublikasının Prezidentinin inauqurasiya mərasimi ölkəmizin daxili tədbiridir. Ümumiyyətlə bu tədbirə xarici qonaqların dəvət olunması bizdə təcrübədə yoxdur. Elə buna görə də bugünkü inauqurasiya mərasiminə də xarici ölkələrdən hər hansı qonaq dəvət olunmamışdı”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov dövlət başçısının bugünkü inauqurasiya mərasimində xarici ölkələrdən qonaqlar iştirak etməməsi, ümumiyyətlə andiçmə mərasiminin sadə şəkildə təşkil olunması barədə suala cavabında deyib.

A. Qasımov vurğulayıb ki, Prezident İlham Əliyev dövlət səviyyəsində olan tədbirlərin və digər mərasimlərin həmişə işgüzar şəraitdə, təvazökar qaydada keçirilməsinin tərəfdarı olub: “Öz çıxış və bəyanatlarında dəfələrlə dövlət məmurlarının qarşısında müxtəlif tədbirlərin, o cümlədən ad günlərinin, yubileylərin və digər mərasimlərin təmtəraqdan, dəbdəbən uzaq, təvazökar və sadə şəkildə keçirilməsi tələbini qoyub. Dövlət başçısının daim sadə insanlarla təmasları, bölgələrə səfərləri zamanı sadə vətəndaşların qayğı və problemləri ilə yerindəcə tanış olması və digər faktlar Azərbaycan Respublikası Prezidentinin şəxsi timsalında sadəlik və təvazökarlıq nümunəsidir. Prezident İlham Əliyevin öz 50 illik yubileyi günü Ağcabədidə məcburi köçkünlərin yanında olması, ötən ilki ad günündə Sumqayıtda şəhid ailələri və müharibə əlilləri ilə görüşməsi faktları da bu sıradandır. Belə misalları çox gətirmək olar. Bugünkü inauqurasiya mərasiminin də sadə və təvazökar qaydada təşkil olunması bu fikirləri bir daha təsdiqləyir”.