Prezidentin nəvələrinin yeni fotoları

A-6

Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən klassik avtomobillərin yürüşündə prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl da qatılıb.
Azyaşlı uşaqlar dövlət başçısının böyük qızı Leyla Əliyevanın oğlanlarıdır.

XALQ.AZ-ın məlumatına görə, Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Azadlıq meydanında başa çatan yürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov da iştirak edib.

XALQ.AZ dövlət başçısının qızları və nəvələrinin fotolarını təqdim edir.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində maraqlı məkan dizaynı ilə fərqlənəcək sərgidə vətəndaşlar da öz şəxsi klassik avtomobillərini nümayiş etdirə bilərlər. Sərgi müddətində şəxsi klassik avtomobillərini nümayiş etdirmək istəyən vətəndaşlar avqustun 5-dək avtomobilləri barədə məlumatı Azərbaycan Avtomobil Federasiyasının info@faa.az elektron ünvanına göndərə bilərlər.

Bundan əlavə əkizlər ötən gün İçərişəhərdəki Kiçik Karvansarada ənənəvi “Qız qalası” Beşinci Beynəlxalq incəsənət festivalının başa çatmasına həsr edilmiş mərasimə də qatılıblar. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak edib.

A-7

A-4

A-5

A-3

A-6