Prezidentin qızı sədr müavini oldu

Bayraq

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı, Qazaxıstan parlamentinin deputatı 50 yaşlı Dariqa Nazarbayeva parlamentin aşağı palatası olan Məclisin sədr müavini seçilib.

ANS PRESS-in verdiyi məlumata görə, ondan əvvəlki sədr Zaqipov yeni sədr olub, keçmiş sədr Niqmatullin isə prezident ofisinin rəhbəri vəzifəsinə təyin edilib.

Səsvermədə 103 deputat iştirak edib və onlar yekdilliklə qərarın lehinə səs veriblər.

Deputat Muxtar Tinikeyev Twitter sosial şəbəkəsində məlumat yayıb ki, 7 ilə yaxındır ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyən Dariqa Nazarbayeva həm də hakim “Nur Otan” partiyasının parlament fraksiyasına rəhbərlik edəcək.

Xatırladaq ki, ötən ilin dekabrında Nursultan Nazarbayevlə Qazaxıstan Prezident Administrasiyasının rəhbəri Adilbəy Caksıbəyov arasındakı telefon danışığının sensasion audioyazısı yayılmışdı. Həmin söhbətdən belə məlum olurdu ki, Nazarbayev “burnunu onun işlərinə tez-tez soxan və prezidentə mane olan” qızına çox qəzəblidir. Nazarbayev telefonda onu da deyib ki, o, Dariqanı “yerinə oturda bilib” və qızı axırda səhvini başa düşəcək.

Görünür, ata-bala indi artıq barışıblar və prezident atası da Dariqaya etimad göstərib.