Prezidentin Rəhim Seyfullayev haqqında Sərəncamı

3

 

R.M.Seyfullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə Rəhim Məmi oğlu Seyfullayev “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2014-cü il.