Prezidentin Süleyman İsmayılov haqqında Sərəncamı

Prezident İlham Əliyev Süleyman İsmayılova “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.




XALQ.AZ xəbər verir ki, sərəncama əsasən, bu fəxri ad Süleyman Abbas oğlu İsmayılova dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.

Qeyd edək ki, S.İsmayılov Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışır.