Prezidentin təltif etdiyi polislərdən biri milli qəhrəmanın oğludur

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin imzaladığı sərəncamla cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib.

XALQ.AZ xəbər verir ki,  onların arasında “Vətən uğrunda” medalı ilə təltif edilən – polis polkovnik-leytenantı Mirzəyev Elsevər Şirin oğlu da var. E.Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin oğludur. O, uzun illərdi Daxili İşlər Nazirliyində çalışır.
Orxan