Prezidentin xarici televiziyalara müsahibələri gələcək diplomatlar, poli­toloqlar üçün yaxşı videodərslərdir

prez 1

İşğalçı Ermənistan xarici havadarlarının və şəbəkələşmiş erməni lobbisinin yaxından dəstəyi ilə ön cəbhədəki mövcud durum haqqında beynəlxalq səviyyədə “informasiya vakuumu” yaratmağa çalışır.

Düşmən öz yalan, hiyləgər siyasətini ənənəvi və yeni audito­ri­yalara sırı­maq üçün uğursuz cəhdlər göstərir. Əvvəllər də belə olub və necə deyərlər, biz artıq öyrəncəliyik. İşğalçı hansı situasiyada, harda, kimlərlə və necə addım ata bilər? – bizim bu suala qarşı sabit cavab­larımız var.

Azərbaycan hələ əks-hücum əməliyyatından öncə işğalçı ölkə tərəfindən törədilən ardıcıl, məqsədyönlü təxribatları, o cümlədən informasiya təxribatını və erməni yalanlarını sistemli şəkildə faş etdi, həqiqəti gün üzünə çıxardı. Bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq səviyyədə ifşaetmə işi bugün də davam edir.

Doğrusu, bu iş özlüyündə ön cəbhədəki iş qədər önəmlidir. İnformasiya cəbhəsindəki mübarizə ön cəbhədə əsgərlərimizin göstərdiyi fədakarlıqları tamamlanmaqdadır.

İyul ayında Ermənistanın Tovuza hərbi hücumundan əvvəl və hadisələr ərəfəsində Azərbaycan Prezidentinin bütün beynəlxalq platformalarda işğalçı Ermənistanın iç üzünü, təcavüzkar siyasətini ifşa etməsi yeni dönəm informasiya savaşımızda xüsusi səhifə açdı. Prezident beynəlxalq hüququn norma və prinsiplərinə qarşı çıxan Ermənistanın Azərbaycana qarşı yeni işğal planları qurduğunu bütün dünyaya çatdırdı.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi  debatlarında videoformatda çıxış edib

Örnək olaraq, cənab Prezidentin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı təsirli çıxışını xatırlatmaq istərdim.

Ermənistanın tək­zibedilməz faktlarla sübuta yetirilən yeni işğalçılıq siyasətinə beynəlxalq ictimaiyyət tərə­fin­dən lazımi reaksiya verilməməsi onu yeni təxribatlara həvəsləndirdi. Nəhayət, sentyabrın 27-də Ermənistan öz təcavüz­karlığını daha qanlı fazaya keçirdi. Bazar günü, səhər saat 6-da başlayan yeni erməni təxribatına cavab olaraq Ordumuz bütün cəbhə boyu əks-hücuma başlamalı oldu.

Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib |  Report.az

Müharibənin yeni fazası başlayandan bəri Prezident İlham Əliyev dünyanın 10 nüfuzlu TV kanalına (“CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə”, “TRT Haber”, “Rossiya-1”, “Pervıy Kanal”, RBK) geniş mü­sahibələr verdi, Ermə­nistanın Azərbaycana qarşı başlatdığı elan olunmamış müharibənin  tarixi, səbəbləri, hazırkı du­rumu, eləcə də dövlətimizin, xalqımızın haqlı möv­qeyi haqqında danışdı.

Tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıran dövlət başçımız Azərbaycanın haqlı mövqeyini təkzibolunmaz faktlarla açıqladı. Necə deyərlər, hər kanalın öz dili ilə danışan cənab İlham Əliyev verdiyi cavablarla peşəkar dövlət xadimi, qətiyyətli Ali Baş Komandan, ustad diplomat və səmimi həmsöhbət örnəyi oldu.

Mən bu məqamları müsahibələrin ana mövzusu, Azərbaycan hə­qiqətlərinin dünyaya yayılması qədər önəmli hesab edirəm. Yalnız həqiqəti demək yox, o həqiqəti necə demək də özlüyündə bir hadisədir.

Bu yerdə RBK kanalına müsahibədən bir parçanı örnək gətirmək istərdim. Jurnalistin danı­şıqlarda Rusiyanın rolu barədə sualına cavabında cənab Prezident deyir: “…biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır. Bu mövzu dəfələrlə müzakirə edilib və sizə deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüş­lərimdə bu mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı. Axı, gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir. Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş qalardı. Ermənistana təsir göstərmək üçün daha hansı ölkənin bu qədər vasitələri var? Heç bir ölkənin. Bəlkə də dünyada başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam asılı olsun. Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində İrəvanın ayılması nəzərə alın­maqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbay­canla münaqişənin həllini tapmaqdır. Bu həll isə çox sadədir – onlar bizim ərazidən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq.”

İlham Əliyev: "Azad edilən əraziləri yenidən tikəcəyik" - RBK kanalına -  MÜSAHİBƏ - TAM MƏTN - FED.az

Nəzərə alaq ki, mərkəzi iqamətgahı Moskvada olan RBK Rusiyanın, ümumən rusdilli auditoriyanın nüfuzlu kanallarındandır. (Əlavə edim ki, müsahibənin mətni kanalın saytında yerləş­diril­dikdən qısa müddət sonra 42.637 baxış olmuşdu.)

Bir rus kanalında Rusiya haqqında həqiqətlərin bu qədər səmimi, açıq səsləndirilməsi sıradan hal sayıla bilməz. Bu sözlər Rusiyanın Ermənistanın sülhtanımaz davranışlarındakı məsuliyyət payının mükəmməl xəritəsini cızır. Mən bu sözləri Rusiyanın vergi ödəyicilərini, məmurları, siyasi qurumları, ümumən rus vətəndaşlarını sadə bir sualın cavabına dəvət kimi qəbul edirəm: Rusiyaya yük olan ərköyün Ermənistana bu qədər çox və faydasız dəstəyə dəyərmi?

Biz öz yazılarımızda, çalışma­larımızda, təbii ki, daha çox Azərbaycan həqiqətlərini vurğulayırıq. Burada RBK-nın aid olduğu ölkənin həqiqətləri də təsvir edilir. Dövlət başçımızın həm RBK, həm digər nüfuzlu TV-lərə müsahibələri gələcək dip­lomatlar, poli­toloqlar üçün yaxşı videodərslərdir.
Ümidvaram, ali təhsil ocaq­la­rımız­dakı dəyərli müəllimlərimiz bunu nəzərə alacaq…   

Beləliklə, işğalçı Ermənistanın erməni lobbi şəbəkəsi və güclü havadarlara arxalanaraq yeni­dən özü üçün münbit informasiya mühiti yaratmaq planı pozuldu.

Bütün ictimaiyyət gördü ki, Azərbaycanın dövlət başçısı döyüş cəb­həsində nə qədər məqsədyönlü addımlar atırsa, informasiya cəbhəsində də eyni qətiyyətlə dövlət və milli maraqlarımızı qoruyur.

Bir sözlə, Prezidentin müsahibələrində Azərbaycana qarşı “feyk nyus”lar ifşa edilir, Ermə­nistanın yalan üzərində qurulmuş informasiya maşınına sarsıdıcı zərbə vurulur.

Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib

Prezident İlham Əliyevin məsələlərə operativ müdaxiləsi və reaksiyası durumu ən düzgün şə­kildə qiymətləndirmək və idarə etmək bacarığını açıq göstərir. Dövlət başçısı taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməli olması ilə bağlı şəxsi örnək göstərir. Cənab Prezidentin istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın sözünü və mövqeyini ifadə edir, vətəndaşın ürəyindən xəbər verir. Bu müsahibələr bir daha nümayiş etdirir ki, Azərbaycan xalqı öz rəhbərini onun iradəsini ən layiqli şəkildə müdafiə etmək qabiliyyətinə malik lider hesab edir, ona güvənir və tam dəstəkləyir. Əlbəttə, belə bir dəstək hər dövr üçün qiymətlidir. Ancaq indiki həssas dönəmdə özəlliklə böyük önəm daşıyır.

Prezidentin həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr rəhbərin xalqa, xalqın rəhbərə ülvi duyğularının və qarşılıqlı hörmətinin təcallasıdır.

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva koronavirusla bağlı əhaliyə çağırış etdi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva