Prezidentlər görüşür

Prezidentler

Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri ilə üçtərəfli görüşü başlandı.

XALQ.AZ-ın məlumatına görə, bu haqda Twitter mikrobloqunda öz səhifəsində Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan yazıb.

Qeyd edək ki, dövlət başçıları Uelsdə NATO sammitində iştirak edirlər.

Bu gün NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqda ATƏT-in Amerikalı həmsədri Ceyms Uorlik isə “Twitter”də yazmışdı və bildirmişdi ki, İlham Əliyevlə Serj Sarkisyan da burdadır və bizim ümumi dəyərlərimiz və hədəflərimiz üzrə kəskin bəyanatlar veriləcəyi gözlənilir.