Prezidentlərin gəlirləri aşağı düşüb

Putin Obama

Rusiyada yüksək vəzifəli məmurların gəlirləri haqqında deklorasiya dərc olunub.

Xalq.az-ın məlumatına görə, Rusiya prezidenti Vladmir Putinin gəliri il ərzində 3,672 milyon rubl təşkil edib.

İl ərzində onun avtoparkında və ona məxsus olan daşınmaz əmlaklarda heç bir dəyişiklik olmayıb: Putin əvvəlki kimi, iki köhnə “Volqa”, “Niva” və 77 kv. Metrlik evi, 15 sotluq ərazisi və qarajı haqqında məlumat verib. İlk dəfə olaraq Putinin bəyanatında onun həyat yoldaşı Ludmila iştirak etməyib. Onlar keçən il boşanıblar.

Prezidentin mətbuat katibi Dmitriy Peskov isə keçən il öz rəhbərindən 2,5 dəfə çox – 9,2 milyon rubl qazanıb. Dmitriy Medvedyev isə deklorasiyada gəlirini 4,26 milyon rubl göstərib. Onun həyat yoldaşı Svetlananın isə şəxsi gəliri yoxdur.

2013-cü ildə Rusiya məmurları arasında ən yüksək gəlir Krım federal dairəsinin prezidentinin səlahiyyətli nümayəndəsi Oleq Belavensevdə göstərilib. O, bu vəzifəyə bu ili martın21-də təyin edilib. Bundna əvvəl o, “Müdafiə xidməti” strukturlarında çalışıb və 79,46 milyon rubl qazanıb.

Xalq.az xəbər verir ki, 2013-cü ildə ABŞ prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel Obamanın gəliri azalıb. Cütlüyün gəliri 20 faiz azalaraq 481 min dollara düşüb. Bu barədə prezident və onun həyat yoldaşının dünən Ağ evdə dərc edilən vergi deklorasiyasında bildirilir.

Obama ailəsi 2013-cü ildə əsasən prezident maaşı ilə dolanıb. Prezidentin maaşı isə illik təxminən 400 min dollar təşkil edib. Gəlirlərin Obamanın kitab satışından gələn gəlirin azalması səbəbindən aşağı düşdüyü ehtimal edilir. 2012-ci ildə bu gəlir 273 min dollar idisə, keçən il bu rəqəm 116 min dollar olub.

Kitabdan gələn gəlirləri Obama ailəsi xeyriyyə məqsədilə xərcləyib ki, bu rəqəm də 2,5 dəfə azalaraq 60 min dollara düşüb.

Vitse prezident Co Bayden və onun həyat yoldaşının keçən ilki gəliri 407 min dollar təşkil edib ki, bu da 2012-ci illə müqayisədə biraz çoxdur.