Prezidentlərin sammiti çox yüksək səviyyədə keçdi

 

6

Tbilisidə üçtərəfli görüş-sammit çox yüksək səviyyədə keçdi.

Xalq.az xəbər verir ki, bunu  Prezident Administrasiyası (PA) rəhbərinin müavini və Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində mayın 6-da  Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin sammiti ilə bağlı paylaşdığı  statusunda qeyd edib.

PA rəsmisi qeyd edib ki,  sammitdə 3 ölkə arasında əməkdaşlığın indiki səviyyəsi və gələcək perspektivləri ətrafında söhbət getdi.

“Olduqca səmimi şəraitdə faydalı fikir mübadiləsi aparıldı”-deyə, N.Məmmədov əlavə edib.
Qeyd edək ki, Tbilisidə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası prezidentlərinin üçtərəfli sammiti keçirilib.

Gün.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Türkiyə Prezidenti Abdullah Gül əvvəlcə xatirə şəkli çəkdiriblər.

Sammiti Prezident G. Marqvelaşvili açıb.

Sonra Prezident İ. Əliyev və Prezident A. Gül çıxış ediblər.