Prezidentliyə namizəd bıçaqlandı

Braziliyada prezidentliyə namizəd Jair Bolsonaru mitinq zamanı bıcaq xəsarəti alıb.

 

XALQ.AZ xəbər verir ki, J. Bolsonarunun oğlu atasının qarın nahiyəsindən xəsarət aldığını bildirib.

O qeyd edib ki, atasının həyatına təhlükə yoxdur.

Qeyd edək ki, Braziliyada prezident seçkiləri oktyabr ayında keçiriləcək. J. Bolsonarunun reytinqi digər namizədlərin reytinqlərini üstələyir.

 

 

Orxan