Prokurorluq əməkdaşları qanvermə aksiyasında iştirak etdi

0a2d32f6 8645 3eb9 9b55 a32f88da5899 850

Ölkəmizdə talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunublar. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olan insanların yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrə mənfi təsir göstərə bilər. Prokurorluq işçiləri qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək, onlar üçün tədarük edilən qan ehtiyatını artırmaq məqsədilə sentyabrın 21-də Baş Prokurorluq və Hərbi Prokurorluqda keçirilən könüllü qanvermə aksiyasında iştirak ediblər.

Bu barədə XALQ.AZ-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının birgə təşkilatçılığı ilə xüsusi karantin rejimi qaydalarına riayət edilərək reallaşdırılan aksiyada könüllü prokurorluq əməkdaşları qana ehtiyacı olan vətəndaşlarımızın köməyinə çatmaq üçün həvəslə iştirak ediblər.

Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibbi briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq hərtərəfli tibbi müayinədən sonra onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım etmək məqsədilə istifadə olunacaq.

Növbəti gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Bakı şəhər prokurorluğu və tabe rayon prokurorluqlarında da keçirilməsi planlaşdırılan bu xeyriyyə aksiyasının əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək olmaqdır.

8eaf918a e3d3 35e3 b5a2 bb762f9c624f
b989c006 8e22 3906 89a2 86b239272900
162d4145 c44c 33da 964c f2dfd62293df

XALQ.AZ