Psixoloq müalicə adı ilə yeniyetmə qızlara təcavüz etdi

Türkiyənin Ankara şəhərində yeniyetmə qızlar psixoloq tərəfindən təcavüzə məruz qalıb.

“Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, Erol Tangut adlı həkim-psixoloq 16 yaşlı iki qıza təcavüz edib.

O, hər iki pasiyentinə ilk seansı klinikada, digər seansları evində keçib.

Həmin şəxs qızlara səninlə dini nikah bağladım, valideynlərinə desən, müalicənin bir xeyiri olmaz deyərək təcavüz edib.

Məhkəmə qərarı ilə E.Tangut 33 il 9 ay azadlıqdan məhrum edilib.