Psixoloqdan Valentin Günüylə bağlı sevgililərə məsləhət

Sevgililər Müqəddəs Valentin Gününün harada və necə qeyd olunacağını əvvəlcədən bir-biri ilə müzakirə etməlidirlər ki, sonra məyus olmasınlar.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Psixoloqların Təhsili  Federasiyasının üzvü, Moskva Şəhər Pedaqoji Universitetinin dosenti Yuliya Çelışeva deyib. O, qeyd edib ki, qızlar çox vaxt bayram günüylə bağlı ideal xəyallar qurur, ancaq həmin gün onların ssenarilərinə uyğun alınmayanda çox üzülürlər.

Psixoloq münasibətləri pozulan cütlüklərin 14 Fevralda hədiyyələrlə özlərini xilas etməyə çalışmasını tövsiyə etmədiyini deyib. Çelışevanın sözlərinə görə, sadəcə hədiyyə vermək, bir kafeyə getmək və problemin həll olunacağına ümid etmək yox, uçurumun əsas səbəbini axtarmaq lazımdır.
Ümumiyyətlə, onun fikrincə, Sevgililər Günü yaxın adamınıza çəkinib-utanmadan sevginizi söyləmək üçün əlavə imkan yaradır. Psixoloq bayramı birlikdə və ya ən yaxın insanların dairəsində keçirməyi məsləhət görür.

Çelışeva Sevgililər Gününün ortaq dəyərlər və ənənələr yaratmaq baxımından “münasibətə yenicə başlayanlar” üçün də çox əhəmiyyətli olduğunu vurğulayıb.