Putinə suiqəsd

Rusiya prezidenti Vladimir Putinin iqamətgahı olan Mayendorf malikanəsinin də yerləşdiyi Barvixa qəsəbəsində avtobus qəzası baş verib.

“Xalq.az”-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Çeçenistan vətəndaşı olan 23 yaşlı İdrisin idarə etdiyi marşrut avtobusu elit qəsəbənin darvazasına çırpılıb. Sərnişinlərin olmadığı avtobusun əyləc sistemində problem yaranıb və o, tam sürətlə prezidentin iqamətgahının olduğu qəsəbəyə girib. İdrisi dərhal xüsusi silahlandırılmış mühafizə dəstəsi mühasirəyə alıb. Sürücü hadisənin əyləc sisteminə görə baş verdiyini izah etdikdən sonra onun yazılı ifadəsi alınıb və buraxılıb.

Qeyd edək ki, 2008-ci il noyabrın 2-də Mayendorf malikanəsində Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deklarasiya imzalanıb və həmin sənəd “Mayendorf deklarasiyası” adını alıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.