Putin əsir və girovlara görə çağırış etdi

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini Moskvaya dəvət edib.

XALQ.AZ bildirir ki, bu barədə Kremlin saytındakı məlumatda deyilir.

O, həmçinin Bakı və Yerevanı əsir və həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına çağırıb.