Putin Azərbaycana gələcək

Rusiya preizdenti Vladimir Putin Azərbaycan, Tacikistan və Özbəkistana səfər edəcək.

 

XALQ.AZ xəbər verir ki, bu barədə məlumatı “İzvestiya”ya prezidentin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov verib. Onun sözlərinə görə, səfər bu ilin sentyabr və oktyabr ayları ərzində gerçəkləşəcək. Putin sentyabrın sonunda Azərbaycana gələcək. Bundan başqa, 27-28 sentyabrda dövlət başçıları Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələri liderlərinin görüşündə iştirak edəcəklər. Oktyabrda isə Putinin Özbəkistan səfəri gözlənilir.

Bundan əlavə, Uşakov ilin sonunadək Rusiyanın RF, İran və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli sammitini qəbul edəcəyini bildirib: “Görüşü keçirmək üçün bizim növbəmizdir. Həmkarlarımızla onlar üçün münasib vaxtı müzakirə edəcəyik”.

 

 

Orxan