Putin boşandı-RƏSMİ

69

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin boşandığını rəsmən təsdiqləyib. Musavat.com-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, o, prezidentin rəsmi saytındakı tərcümeyi-halındakı düzəlişi şərh edərkən bunu deyib.

“Bu, o deməkdir ki, boşanma baş verib”, – Dmitri Peskov bildirib.

Vladimir və Lüdmila Putinlər boşanmaq qərarlarını ötən il iyunun 6-da açıqlayıblar. Onlar təxminən 30 il ailəli olublar.