Putin Finlandiyaya səfər edəcək

Rusiya prezidenti Vladimir Putin, 21 avqust tarixində Finlandiyaya səfəri zamanı rəsmi Helsinkin Avropa Şurasına hazırkı sədrliyi kontekstində Rusiya ilə Aİ arasındakı münasibətləri müzakirə etməyi planlaşdırır.

XALQ.AZ xəbər verir ki, Putin, Finlandiyanın Prezidenti Sauli Niinistyönün dəvəti ilə Helsinkiyə səfər edəcək. 

Qeyd olunub ki, danışıqlar zamanı ikitərəfli əməkdaşlığın əsas mövzuları, habelə beynəlxalq və regional gündəmin bir sıra aktual məsələləri müzakirə olunacaq.