Putin Soçidə Ərdoğanla görüşdü

Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.

XALQ.AZ xəbər verir ki, iki dövlət başçısı arasında Rusiya Prezidentinin “Boçarov ruçey” iqamətgahında baş tutan danışıqlarda Suriya münaqişəsinin həlli prosesinin müzakirə olunacağı gözlənilir.

Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə bildirmişdi ki, prezidentlər bu il ərzində 8-ci şəxsi görüşləri çərçivəsində Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar kontekstində bu ölkədə vəziyyəti müzakirə edəcəklər.