Putin Tovuz döyüşləri barədə danışdı: “Baş verənlərə çox həssasıq”

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib. 

XALQ.AZ xəbər verir ki, o, Azərbaycan-Ermənistan sərhədlərində baş verənlərə də toxunub.

“Bizim bəzi MDB ölkələri ilə münasibətlərimiz önəmlidir, xüsusən Azərbaycan-Ermənistan sərhəddində baş verənlərə çox həssasıq”.


Silahlı toqquşmalardan dərin narahatlığını ifadə edən Putin atəşkəs rejiminin bərpa olunmasını və ölkəsinin vasitəçilik missiyasını aktivləşdirəcəyini əlavə edib.