Putin yenidən Türkiyəyə gedir

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri dəqiqləşib.

XALQ.AZ xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovun açıqlamasına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Dövlət Başçısı Vladimir Putin ən son 17 sentyabrda – Soçi sammitində görüşüb. Prezidentlər İstanbulda keçiriləcək “Dördlü Suriya sammiti”ndə bir araya gəlmək qərarı veriblər.  Peskov hazırlıqların davam etdiyini və Putinin İstanbul zirvəsinə qatılacağını söylədi.

Putin ilə yanaşı, Almaniya baş naziri Angela Merkel və Fransa prezidenti Emanuelle Macronun da  İstanbulda keçiriləcək “Dördlü Suriya Sammiti”ndə iştirak etməsi gözlənilir.

 

 

Orxan