Putinin Bakı səfərinin vaxtı açıqlandı

XALQ.AZ xəbər verir ki, L.Kalaşnikov bildirib ki, Rusiya liderinin işgüzar səfəri zamanı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə səfəri çərçivəsində toxunulan məsələlərin müzakirəsinin davam etdirilməsi planlaşdırılır.

O qeyd edib ki, Azərbaycan və Rusiya münasibətlərinin hələ inkişaf edəcəyi sahələr var.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 1-də Soçiyə səfər etmiş, V.Putinlə görüş keçirmişdi. Səfər çərçivəsində iki ölkə arasında energetika, iqtisadiyyat, idman, turizm və digər sahələrdə əməkdaşlıq üzrə 15 sənəd imzalanıb.

***

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək.

Bunu Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Bakı-Moskva videokörpüsü zamanı deyib.

 

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.