Putinlə Buşun birgə rəqsi – VİDEO

Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətə gəlməsinin 20-ci ildönümü münasibətilə Kremlin mətbuat xidməti indiyədək gizli saxlanılan bəzi özəl görüntüləri yayımlayıb.

XALQ.AZ xəbər verir ki, görüntülər içərisində Putinin keçmiş ABŞ prezidenti Corc Buşla birgə rəqsi maraqla qarşılanıb.

2008-ci ildə aprelin 6-da Soçidə Putinlə görüşən Buşun şərəfinə verilən şam yeməyi zamanı Rusiyanın etnik mahnılarından olan “Madam madam” adlı mahnının sədaları altında rəqs edən qadınlara prezidentlər də qoşulub.

Balalayka simli musiqi alətinin müşayiəti ilə ifa olunan mahnıya oynayan Putinlə Buş bir-birini təbrik edərək masalarına qayıdıblar.

Görüntüləri təqdim edirik:

XALQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/