Qənirə Paşayeva AŞPA-da Paşinyana sərt etiraz etdi

Millət vəkili Q.Paşayeva bu gün AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsi məsələsini qaldırıb,XALQ.AZ məlumat verir ki, Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, bu qanunsuzluğa, təxribata sərt etirazını bildirərək Assambleyanı bu cür beynəlxalq hüquq normalarına, AŞPA sənədlərinə zidd addımları durdurmaq üçün Ermənistana təzyiq göstərməyə çağırıb. Ermənistan baş naziri Paşinyan öz oğlunu hərbi xidmət üçün Ermənistana deyil işğal etdikləri Azərbaycan bölgələrinə göndərirsə buna qarşı ciddi addımlar atmaq lazımdır,daha sərt mövqeyi olmalıdır AŞPA-nın deyən millət vəkili Q.Paşayeva təşkilatı işğalçı Ermənistan rəhbərliyinin bu cür təxribati addımlarına laqeyid qalmamağa çağırıb. .