Qənirə Paşayeva dünya qadınlarına çağırış etdi

Millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi ilə bağlı dünya qadınlarına müraciət və çağırış edib.

XALQ.AZ xəbər verir ki, deputat bu çağırış və müraciətini Beynəlxalq Qadın tədbiri çərçivəsində Afrikanın qadın millət vəkilləri, siyasi-ictimai xadimləri, fəal iş xanımları, təşkilat rəhbərləri ilə görüşündə səsləndirib.

Millət vəkili görüşdə Qarabağ həqiqətləri və reallıqları barədə geniş məlumatlar verərək, afrikalı xanımlar daxil olmaqla, dünya qadınlarını Ermənistanın 31 ildən artıqdır davam edən işğalçılıq və təcavüzkarlıq siyasətinə, bu ölkənin dövlət səviyyəsində həyata keçirdiyi terrorizmə səssiz qalmamağa, haqq səslərini ucaltmağa səsləyib.

Millət vəkili deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının illərdir pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

“Artıq Ermənistana “dur” deyilməli, işğalçılıq və təcavüzkarlıq siyasətindən geri çəkdirilməli, ona haqq etdiyi və layiq olduğu yeri tanıdılmalıdır. Ermənistanın işğalçılıq, təcavüzkarlıq siyasəti, terrorçuluq, vandalizm hərəkətləri artıq dünya birliyi tərəfindən öz layiqli cavabını və cəzasını almalıdır.

Bu məsələdə dünyanın fəal qadınlarının üzərinə məsuliyyət düşür, onlar haqq-ədalətin bərpa olunmasında dəstəklərini əsirgəməməlidirlər”, – deyə Q.Paşayeva vurğulayıb.

45697937_1731496693629029_4131761351955578880_n

46045307_1731496800295685_662962050774859776_n

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.