Qənirə Paşayeva görüş keçirdi

Millət vəkili Q.Paşayeva Banqladeşin baş naziri Şeyx Hasina və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Qarabağdan danışıb

 

Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Ümumdünya Qadın Sammiti çərçivəsində Banqladeşin baş naziri Şeyx Hasina və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb,  görüş zamanı onlara Azərbaycanla bağlı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı baş nazirə və rəhbərlik etdiyi heyətə  1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib. Millət vəkili Q.Paşayeva ölkələrimizin fəal qadınlarının əməkdaşlığının genişlənməsinin önəmindən də danışıb və fikir mübadiləsi olub. Millət vəkili Q.Paşayeva görüşün sonunda Banqladeşin baş naziri Şeyx Hasina və rəhbərlik etdiyi nümayəndə heyəti  üzvlərinə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir