Qənirə Paşayeva ilə Yunus Oğuzun Tovuzda möhtəşəm görüşü

Tovuz şəhəri Puşkin adına orta məktəbdə millət vəkili Qənirə Paşayevanın təşəbbüsü, millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin, Tovuz rayon icra hakimiyyətini, Tovuz rayon təhsil şöbəsinin təşilatçılığı ilə yazıçı-publisist Yunus Oğuzun oxucularla görüşü kecirilib. Görüşdə şəhər ictimaiyyəti, kitabsevərlər və rayonun kəndlərindən müxtəlif məktəblərin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Görüşü giriş sözü ilə millət vəkili Qənirə Paşayeva açdı və hər bir azərbaycanlının tariximizi öyrənməsinin vacibliyi ətrafında geniş fikirlərini söylədi. Millət vəkili Q.Paşayeva məruzəsində Azərbaycan tarixi, vətənpərvərlik mövzularında Yunus Oğuzun kitablarının əsl mövqeyini və vacibliyini açıqladı. Millət vəkili Q.Paşayeva bu kitablarda tariximizin, milli və mənəvi dəyərlərimizin təbliğinin neçə aparılmasından danışdı. Daha sonra Yunus Oğuz Qənirə Paşayevanın çıxışını davam etdirərək “Tarix nədir və nə üçün bilməliyik?” mövzusunda məruzə etdi. Sonra yazıçı tədbir iştirakcılarının çoxsaylı suallarına cavab verdi və 160-dan çox kitab Tovuz ictimaiyyətinə və şagirdlərə imza ilə paylanıldı. Tədbir özəlliklə gənclər tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə rayon icra hakmiyyətinin və təhsil şöbəsinin rəsmiləri, bir çox məktəblərin müəllimləri də iştirak ediblər və onlar bu tədbirin böyüyən gənc nəsillərimiz üçün vacibliyini xüsusi vurğulayaraq yazıçı-publisist Yunus Oğuza və millət vəkili Q.Paşayevaya təşəkkürlərini bildiriblər. Tədbirdən sonra Tovuz rayon icra hakimiyyətinin rəhbərliyi, Tovuz rayon təhsil şöbəsi və bir sıra məktəblərin fəal müəllimləri ilə fikir mübadiləsi olub və bu cür tədbirlərin, gənclərlə kitablar ətrafında görüş və müzakirələrin artmasının vacibliyi bir daha vurğulanıb.

Tədbirin video linkini burdan izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=jftvc57SDho