Qənirə Paşayeva “İlin İşgüzar Xanımı” mükafatına layiq görülüb

Qadınlar Günü münasibəti ilə təşkil olunmuş tədbirdə Mətbuat firmasının təsis etdiyi “İlin İşgüzar Xanımı” mükafatına layiq görülən millət vəkili Qənirə Paşayevanın millət vəkili kimi qanunverici orqanda, ölkəmizin Azərbaycanın hüdudlarından kənarda tanıdılmasında, tariximiz, mədəniyyətimiz, Qarabağ həqiqətlərinin təbliğində fəal rol oynayan insanlardan biri olaraq bi mükafata layiq görüldüyü vurğulanıb. Onu bu mükafata layiq gördükləri üçün təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bütün qadınları Qadınlar Günü münasibəti ilə təbrik edib. Millət vəkili Q.Paşayeva ölkəmizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında, 1-ci vitse-prezident Mehriban Əliyevanın dəstəyilə ölkəmizdə qadınların cəmiyyətin bütün sahələrində rolunun genişləndiyini deyib və qadınlara hər sahədə daha da böyük uğurlar diləyib. “Mən də daxil olmaqla hər birimizin, bütün qadınlarımızın ən böyük arzusu odur ki, yaxın zamanlarda Ermənistanın işğalı altında olan torpaqlarımızı işğaldan azad edilsin. Mən inanıram ki, o gün uzaqda deyil və biz bir millət və dövlət olaraq Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı işğaldan azad edəcəyik və inşallah Xankəndində, Xocalıda, Şuşada və bütün o gözəl torpaqlarımızda da gözəl bayramları qeyd edəcəyik və bu istiqamətdə hamımıza yorulmadan çalışmağı, mübarizə aparmağı diləyirəm,” deyib.


Comments are closed.