Qənirə Paşayeva mükafatlandırıldı-Fotolar-Video

 

Qadınlar Günü münasibəti ilə təşkil olunmuş tədbirdə “Qafqaz-Media”İctimai Birliyinin rəhbəri Azadə Taleh Abbasqızı bildirib ki, millət vəkili Qənirə Paşayeva millət vəkili kimi qanunverici orqanda,ölkəmizin Azərbaycanın hüdudlarından kənarda tanıdılmasında, tariximiz, mədəniyyətimiz, Qarabağ həqiqətlərinin təbliğində fəal rol oynayan insanlardan biridir. Onu bu cür gözəl mükafata layiq gördükləri üçün təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bütün qadınları Qadınlar Günü münasibəti ilə təbrik edib. “Mən də daxil olmaqla hər birimizin, bütün qadınlarımızın ən böyük arzusu odur ki, yaxın zamanlarda Ermənistanın işğalı altında olan torpaqlarımızı işğaldan azad edilsin. Mən inanıram ki, o gün uzaqda deyil və biz bir millət və dövlət olaraq Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı işğaldan azad edəcəyik və inşallah Xankəndində, Xocalıda, Şuşadn və bütün o gözəl torpaqlarımızda da gözəl bayramları qeyd edəcəyik və bu istiqamətdə hamımıza yorulmadan çalışmağı, mübarizə aparmağı diləyirəm”. Tədbirdə iştirak etmək üçün Kərkükdən gələn ziyalılar da millət vəkili Q.Paşayevaya mükafat təqdim ediblər və hər zaman İraq Türkmanlarının yanında olduğu üçün ona təşəkkürlərini bildiriblər.Millət vəkili Q.Paşayeva bütün Azərbaycan insanı hər zaman İraqda yaşayan soydaşlarımızın yanındadır, sizin acınız bizim acımız,sevinciniz bizim sevincimizdir deyib.