Qənirə Paşayeva seminar keçirdi-Video-Foto

Qovlar şəhərində fitoterapiya ilə bağlı geniş seminar keçirilib

 

 

 

 

 

 

 

 

 

Qovlar şəhərində Gənclər Evində Fitoterapevtlər Cəmiyyəti İB-nin geniş maarifləndirmə seminarı keçirilib. İcra hakimiyyətinin, millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Gənclər evinin dəstəyilə keçirilən seminarda çıxış edən Fitoterapevtlər Cəmiyyəti İB-nin sədri Məlahət Qəhrəmanova çıxış edərək rəhbərlik etdiyi cəmiyyət haqqında geniş məlumat verib və bildirib ki, cəmiyyətin əsas məqsədi ölkəmizin zəngin dərman bitkiləri ehtiyatından istifadə edərək bu sahədə ölkəmiz üçün daha boyük uğurlar əldə etmək, eyni zamanda Azərbaycanın dərman bitkilərini bütün dünyaya tanıtmaqdır. M.Qəhrəmanova Fitoterapevtlər cəmiyyətində bu sahədə mütəxəssis olan alim və tədqiqatçıların təmsil olunması, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə də geniş məlumat verib. Fitoterapevtlər Cəmiyyəti İB-nin üzvü, Azərbaycan Tibb Universitetinin professoru Aidə Bəndəliyeva  “Təbii mənşəli müalicə vasitələri və sağlamlıq” la bağlı çıxış edib və zəngin dərman bitkiləri ehtiyatına malik ölkəmizin bölgələrində bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Fitoterapevtlər Cəmiyyətinin paytaxtdan kənar ilk tədbirinin Tovuzda keçirilməsinin təsadüfi olmadığını deyib, çünki Tovuz rayonu zəngin florası olan bölgələrdən biridir: “Bildiyiniz kimi cənab Prezident İlham Əliyev çıxışlarında ölkəmizdə bütün sahələrin inkişafına diqqət yetirilməsinin önəmini qeyd edir və fitoterapiya da xüsusi diqqət göstərilməsi vacib sahələrdən biridir. Azərbaycan, o cümlədən Qovlar rayonu zəngin floraya sahibdir, burada çoxlu sayda şəfalı bitkilər var, o cümlədən dərman bitkiləri ilə də  zəngindir”. Millət vəkili Q.Paşayeva bildirib ki, fitoterapiya, onun vacibliyi və əhəmiyyəti ilə bağlı əhalimizin geniş maarifləndirilməsi işlərinə böyük ehtiyac var və  bölgələrimizdə bu kimi tədbirlərin keçirilməsi bu istiqamətdə çox vacibdir. Bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edən millət vəkili Q.Paşayeva sağlam həyat tərzinin, düzgün qidalanma və xəstələnmənin qarşısının alınmasının – profilaktikanın vacibliyini qeyd edib. Qidalanma üçün faydalı, eyni zamanda dərman bitkiləri ehtiyatı ilə zəngin olan ölkəmizdə həmin bitkilərdən müxtəlif məhsulların və müxtəlif dərmanların hazırlanmasının yaxın gələcəkdə önəmi barədə də danışaraq bu sahədə araşdırma, tədqiqat aparan alimlərin, tədqiqatçıların təmsil olunduğu  Fitoterapevtlər Cəmiyyətinə ölkəmizdə fitoterapiyanın inkişafına müsbət töhfələr verəcəyinə inandığını deyib və uğurlar diləyib.

Azərbaycan Tibb Universitetinin professoru Aidə Bəndəliyeva  “Təbii mənşəli müalicə vasitələri və sağlamlıq” la bağlı çıxış edib və zəngin dərman bitkiləri ehtiyatına malik ölkəmizin bölgələrində bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.  Fitoterapevtlər Cəmiyyəti İB-nin icraçı direktoru Ülviyyə Abbasova çıxış edərək təşkilatın maarifləndirmə istiqamətində hədəfləri barədə geniş məlumat verib və bu kimi tədbirlərin keçirilməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşüb. Tədbirdə iştirak edən Qovlar rayon icra başçısının müavini Təranə Bayramova da iştirak edib, tədbirdə bir sıra ziyalılar çıxış edərək seminarın mövzusu ilə bağlı fikirlərini bildiriblər. Fitoterapevtlər Cəmiyyəti İB-nin sədri M.Qəhrəmanova, Fitoterapevtlər Cəmiyyəti İB-nin icraçı direktoru Ü.Abbasova və professor A.Bəndəliyeva tədbir iştirakçılarını maraqlandıran sualları da cavablandırıblar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.